- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Ruslan Lunyov Tokio oyunlarında çıxışını başa vurub. Allsport.az saytı xəbər verir ki, güllə atıcımız 25 metr məsafədən pnevmatik tapançadan atəş açmada təsnifartın 2-ci günündə 286 xal yığıb.
Dünən 281 xalla kifayətlənən idmançı, ümumilikdə 567 xal toplayıb. Ruslan bu göstərici ilə 21-ci olub, finala çıxan 6 iştirakçı arasına düşə bilməyib.
Lunyov daha öncə 10 metr məsafədən atəş açmada da uğursuz çıxış etmişdi.