- Baxış sayı: 23
- 16 Sentyabr 2026 16:26
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Formula1 üzrə Azərbaycan qran-prisi fərdi idman növündə mübarizə aparan olimpiyaçılarımızın da diqqət mərkəzindədir. Rio-2016-nın gümüş mükafatçısı Rüstəm Orucov (73 kq) yarışın gedişində azarkeşlik etdiyi “Red Bull Racinq” komandasının düşərgəsində olub.
Dünən isə titullu cüdoçumuz Dənizkənarı Milli Parkda məşhur müğənni Nikol Şerzinger ilə dünyaca məşhur “The Black Eyed Peas” qrupunun konsertində iştirak etdi. O, allsport.az saytı açıqlamasında bildirdi ki, bir çox xarici ölkələrdə olub, amma onların heç birində belə yüksək səviyyəli təşkilatçılıq görməyib.