Səbinə Əzimova növbəti dəfə ölkə çempionudur

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında qadınların ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyi ilə ağır atletika federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin müxtəlif bölgələrindən iştirak edirlər.

Bu proqramda rəqabər Sinkleyr cədvəlinə əsasən müəyyən olunub. Qızıl medalı toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova qazanıb. Fəxri kürsüdə sonrakı yerləri müvafiq olaraq, 146 kq (65+81) 227.7 xalla Mərziyyə Məhərrəmova və 161 kq (69+92) 12.7 xalla Günel Vəliyeva tutublar.

Həmin kateqoriyadan