Səbinə Əzimova ölkə kubokunda dünya və 3-qat Avropa çempionunu qabaqlayıb 1-ci yer tutdu

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ölkə kuboku start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayırlar. Rəqabətin təşkilində məqsəd ağılıqqaldıranların hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb.

2-ci yerə 171 kq (78+93) nəticə və 233.29 xalla Boyanka Kostova, 3-cü pilləni 164 kq (72+92) nəticə və 213.11 xalla Firuzə İbrahimova çıxıblar.

Həmin kateqoriyadan