- Baxış sayı: 46
- 14 Aprel 2024 11:52
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
Türkiyənin Qaziantep şəhərində ağırlıqqaldırma üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir.
Allsport.az xəbər verir ki, 2020-ci il Tokio olimpiya oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.
Bu gün onlardan ilk olaraq Səbinə Əzimova qüvvəsini sınayıb. O, qadınlarda 55 kq çəki dərəcəsində yarışıb. Gənc idmançımız toplam 173 kq (75+98) nəticə ilə 4-cü yeri tutub.