- Baxış sayı: 36
- 24 Aprel 2024 17:45
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
MDB ölkələri arasında qadın voleybolçuların ilk Avropa çempionatına ev sahibliyi edən Azərbaycanın seçmə komandası uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda almaniyalı həmkarlarını 3:1 yenərək birbaşa 1/4 finala çıxan yığmamız 2 gün dincələcək. Oyundan sonra açıqlama verən millimizin üzvü Şəfaqət Həbibovanın qələbə təəsuratı belə oldu:
“Bu yarışa yaxşı hazırlaşmışıq. Sloveniyada və İtaliyada təlim-məşq toplanışlarımız oldu. Elə həlledici anlar olur ki, baş məşqçi Faiq Qarayev məni mübarizəyə qoşur. Topu oyuna daxil edəndə, təbii, öncədən təlimat alıram – onu rəqib meydançasında kimin üzərinə vurmalıyam. Bu məqamda həmişə riskə hazır oluram. 1/4 finalda Bolqarıstandansa, Almaniya ilə yenə qarşılaşsaq, yaxşı olar”.