- Baxış sayı: 78
- 16 İyun 2026 20:54
- Baxış sayı: 21
- İyun 23, 2026
- 0

1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar “Sumqayıt” klubu növbəti layihəni həyata keçirib. Allsport.az saytı xəbər verir ki, “Kapital bank arena” da 44 günlük 2-ci Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın övladları ilə görüş baş tutub.
“Sumqayıt” FK, “Azəri Express”, Abşeron-Xızı regional təhsil idarəsinin təşkilatçılığı, “Fryday” restoranlar şəbəkəsinin dəstəyi ilə baş tutan tədbirdə 30-dan artıq şəhid və qazi övladları iştirak edib. Dövlət himni və 1 dəqiqəlik sükutla start götürən tədbir müxtəlif çıxışlar və musiqili proqramla davam edib.