Şəkidə uşaq və yeniyetmə voleybolçularla görüş

Azərbaycan voleybol federasiyası bölgələrdə inkişafı tədbirlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu çərçivəsində ulduz voleybolçuların səfərləri təşkil olunub. Bu gün veteranlar Alla Həsənova, Oksana Məmmədyarova, Yelena Parxomenko, həmçinin qadınlardan ibarət millimizin üzvü Polina Rəhimova, yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və federasiyasının digər əməkdaşları Şəki şəhərində olublar.

Olimpiya idman kompleksində uşaq və yeniyetmə idmançılarla və onların məşqçiləri ilə görüşü təşkil olunub. Onlar yeniyetmə voleybolçulara bu idman növünün tarixi haqqında, eləcə də texniki, taktiki məlumat veriblər və ardınca uşaqların məşqinə baxış keçirilib. Sonda böyük diqqət və maraqla qarşılanan ulduz voleybolçularımız uşaqlarla xatirə şəkilləri çəkdiriblər, imzalanmış formalar və toplar hədiyyə olunub.

Həmin kateqoriyadan