Şənbə günü yeni voleybol mövsümünə start verilir

Dekabrın 14-də voleybol üzrə yeni mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Dərnəgüldə yerləşən voleybol mərkəzində ilk matç 14:00-da “Azərreyl” və “Abşeron” arasında baş tutacaq. Oyundan sonra açılış olacaq. 16:00-da “Lokomotiv” və “Neftçi” rəqabətə qoşulacaqlar.

Qadınların super liqasında 6 komanda – “Azərreyl”, “Lokomotiv”, “Abşeron”, “Mübariz”, UNEC, “Gürcüstan” komandaları çıxış edəcəklər. Kişilərin yüksək liqasında isə 7 klub – “Neftçi”, “Lokomotiv”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi”, “Gürcüstan” mübarizə aparacaqlar. Ölkə çempionatı 2 dövrədən və pley-offdan ibarət olacaq.

Həmin kateqoriyadan