Sərbəst güləş məşqçiləri Hövsanda bir araya gəlib

Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günündə 45, 51, 60, 71 və 92 kq-da, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar. 

Bu gün çempionatın keçiriləcəyi FHN idman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakıyla iclas keçirilib. Tədbirdə AGF-in baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, hakimlər kollegiyasının sədri Qərib Əliyev, eləcə də GİN-in aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək, yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar.

Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər. İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə püşkatma keçirilib.

Həmin kateqoriyadan