Sərbəst güləş millimiz 2-ci gündə 1 gümüş və 1 bürünc medal qazandı

Dağıstan Respublikasının Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq yarış sona çatdı. Allsport.az saytı xəbər verir ki, turnir 5-qat dünya çempionunun adını daşıyan 5000 tamaşaçı tutumuna malik idman və gənclər sarayında keçirildi. İkinci yarış günündə 61, 70, 86 və 125 kq-larda çıxış edən bahadırlar mübarizə apardılar. Onların ümumi sayı 71 nəfər oldu.

Millinin baş məşqçisi Firdovsi Umudov və məşqçisi Arif Abdullayevin rəhbərliyi ilə bizdən 2 idmançı fərqləndi. Aleksandr Qostiyev (86 kq) 2-ci, Qalib Əliyev (61 kq) 3-cü və Murad Süleymanov (86 kq) və Əli İsayev (125) 5-ci oldular.

Murtuz Müslümov (70 kq) yarımfinalda rusiyalı Məhəmmədrəsul Qazıməhəmmədova uduzdu. İdmançımız görüşdən sonra rəqibi ilə gərginlik yaratdığı üçün, günahkar bilinərək yarışdan azad edildi.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər – Asif Şirəliyev (1-ci), Elman İsmayılov və Kamran Əliyev (hər ikisi – 2-ci kateqoriya) təmsil etdilər.

Həmin kateqoriyadan