Sərbəst güləş millimiz 3-cü dəfə Avropa çempionu oldu!

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz tarixi uğura yetişib.

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə yarışa tam heyətlə yollanan komandanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb:

Məhəmmədxan Məhəmməddov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Əbubəkr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmməddov (92 kq) bürünc medal qazanıblar.

Yekunda 159 xal toplayan Azərbaycan bahadırları komanda hesabında Avropa çempionu olub! Beləliklə, sərbəst güləş üzrə milli 3-cü dəfə eyni nəticəyə sahib çıxıb.

Xatırladaq ki, 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novı Sad şəhərində qitə çempionu olmuşuq.

Həmin kateqoriyadan