Sərbəst güləş millimiz də Avropa çempionu oldu!

Allsport.az xəbər verir ki, İspaniyanın Santyaqo de Kompostela şəhərində U-20 Avropa çempionatı sona yetib. Yunan-Roma güləşi üzrə millinin ardınca, sərbəst güləş yığmamız da tarixi uğura nail olub. Komandamız Avropa çempionatında 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 143 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Bu nəticə sərbəst güləş üzrə yığmamızın U-20 Avropa çempionatlarında topladığı ən yüksək xaldır!

Arif Abdullayev, Rövşən HacıyevƏşrəf Əliyevin rəhbərliyi ilə Ruslan Abdullayev (57 kq) və Ceyhun Allahverdiyev (61 kq) Avropa çempionu olub; Yusif Dursunov (125 kq) 2-ci, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) 3-cü yer tutublar.

10 çəkidən 6-sında medal qazanan bahadırlarımız, 2013-cü ildən sonra 2-ci dəfə gənclər arasında komanda hesabında 1-ci yeri tutub. Bu uğurda məşqçilər heyəti ilə yanaşı, federasiya rəhbərliyinin böyük payı var. İcraçılar əsas komanda ilə bərabər, gəclərdə də diqqət ayırır. Onlar daim vitaminləşmə, psixoloji hazırlıq və keyfiyyətli qidalanma ilə təmin olunurlar. Milil üzvlərinə ayrılan mükafatlar onları qələbəyə daha artıq ruhlandırır.

Həmin kateqoriyadan