Sərbəst güləş millimiz Avropada 3-cü oldu

Almaniyanın Dortmund şəhərində gənclərin Avropa çempionatında sərbəst güləş yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən HacıyevƏşrəf Əliyevin rəhbərliyi ilə millimiz uğurlu çıxışla azarkeşləri sevindirib.

Kənan Heybətov (61 kq), Turan Bayramov (70 kq) və Cəbrayıl Hacıyev (74 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Yalnız finalda məğlub olan Aydın Əhmədov (125 kq) 2-ci yeri tutub.

Beləliklə, 3 qızıl və 1 gümüş medal qazanan yığmamız 119 xal toplayaraq komanda hesabında Avropa 3-cüsü olub. Rusiya (185) 1-ci, Türkiyə (126 kq) 2-ci yer tutub.

Sonuncu dəfə eyni yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilmişdi. Komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdı. 

Həmin kateqoriyadan