Sərbəst güləş millimiz dünya kubokunda 3-cü olub

Arazın o tayında sərbəst güləş üzrə dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz Rusiya, Gürcüstan və ABŞ komandaları ilə “A” yarımqrupunda mübarizə aparıb.

Bahadırlarımız ilk qarşılaşmada rusiyalı həmkarları ilə 4:4 ediblər. Xalların keyfiyyətinə görə bizimkilər qalib sayılıblar (32:29). Növbəti mücadilədə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məyus edib.

Millimiz son görüşdə ABŞ-la da əsas hesabda heç-heçə edib – 4:4. Amma bu dəfə texniki xallara görə rəqib qalin edilib (20:14). Awf-az.org qeyd edib ki, 74 kq-da gedişatda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər qeyri-obyektiv olublar.

Yığmamız  digər yarımqrupun 2-cisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici matçda 7:1 qalib gələrək dünya kubokunda bürünc medala sahiblənib.

Həmin kateqoriyadan