Sərbəst güləş millimiz dünya kubokunun qrup mərhələsində öndədir

Arazın o tayında sərbəst güləş üzrə dünya kuboku başlayıb. Allsport.az saytı xəbər verir ki, millimiz Rusiya, Gürcüstan və ABŞ komandaları ilə “A” yarımqrupunda mübarizə aparır.

Bahadırlarımız ilk qarşılaşmada rusiyalı həmkarları ilə 4:4 ediblər. Xalların keyfiyyətinə görə bizimkilər qalib sayılıblar (32:29). Növbəti mücadilədə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məyus edib.

Millimiz qrupda öncüllüyü ələ keçirib. Sabah komandamız ABŞ-la “A”-da son görüşünü keçirəcək.

Həmin kateqoriyadan