Sərbəst güləş millimiz dünyada 4-cü olub

Rusiyanın Ufa şəhərində gənclərin dünya çempionatında sərbəst güləşçilərin çıxışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışa 9 idmançı ilə yollanan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb:

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb.

Böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Rövşən HacıyevNazim Əlicanovun rəhbərliyi ilə komandamız yekunda 122 xal toplayaraq, 4-cü yer tutub. İlk “3-lük”də İran (178), Rusiya (142) və ABŞ (129) yer alıblar.

Sərbəst güləş üzrə yığmamız medalların sayına görə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. “Sərbəstlər” sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində eyni nəticəni göstərmişdi.

Həmin kateqoriyadan