- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Bu gün sərbəst güləş millimiz Göygöl olimpiya idman kompleksində təlim-məşq toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda iyunun 24-dən orda məskunlaşıb. Yığma üzvləri əsasən ümumi fiziki hazırlıq üzrə çalışıb. Baş məşqçi Firdovsi Umudov toplanışa 22 bahadır cəlb edib.
Olimpiya çempionu Toğrul Əsgərov təlim-məşq zamanı kommersiya məqsədi ilə ABŞ-da bir görüşə qatılıb. Millimiz hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirəcək. Komanda 27-29 iyulda Yaşar Doğunun xatirəsinə İstanbulda reytinq xarakterli beynəlxalq yarışa qatılacaq.