Sərbəst güləş millimiz qitə çempionatına Namiq Abdullayevsiz yollanır

19-25 apreldə Polşa paytaxtında qitə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləş millimizin heyəti açıqlanıb. Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə qitə birinciliyində 9 çəkidə təmsil olunacağıq.

Bizdən Əfqan Xaşalov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Şamil Zubairov (97 kq) mübarizə aparacaqlar.

Komandamız Varşavaya Namiq Abdullayevsiz yollanır. Görünür, baş məşqçi millini mayın 6-dan 9-dək Bolqarıstan paytaxtı Sofiyada dünya olimpiya təsnifatına hazırlayır.

Həmin kateqoriyadan