YENİLƏNDİ
Sərbəst güləş millidən het-trik: Hacı, Cəbrayıl və Ağahüseyn finalda!

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən bahadırlar mübarizə apardılar. Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev ümidləri doğrultmasa da, 3-qat dünya və 2-qat Avropa çempionu Hacı Əliyev, millinin kapitanı Cəbrayıl Həsənov və Ağahüseyn Mustafayev 1/2 finala qədər irəliləyə bildilər. Bu mərhələdə hər 3 pəhləvanımız qalib gəlməyi bacardı.

57 kq
1/8 final – Mahir Əmiraslanov – Aleksandru Kirtoaka (MDA) 9:7
1/4 final – Mahir Əmiraslanov – Süleyman Atlı (3:6)

65 kq
Təsnifat – Hacı Əliyev – Hüseyn Şaxbanov (BLR) 7:2
1/8 final – Hacı Əliyev – Vazgen Tevanyan (ARM) 1:0
1/4 final – Hacı Əliyev – Naçin Kular (RUS) 5:3
1/2 final – Hacı Əliyev – Maksim Sakultan (MDA) 12:2
FİNAL – Hacı Əliyev – Səlahəddin Qılıncsallayan
(TUR)

70 kq
Təsnifat – Ağahüseyn Mustafayev – Məhəmmədrəsul Qazıməhəmmədov (RUS) 5:3
1/4 final – Ağahüseyn Mustafayev – David Safaryan (ARM) 12:2
1/2 final – Ağahüseyn Mustafayev – Nikolae Koyokaru (GBR) 6:0
FİNAL – Ağahüseyn Mustafayev – Mustafa Qaya (TUR)

79 kq
Təsnifat – Cəbrayıl Həsənov – Nika Kentçadze (GEO) 6:5
1/4 final – Cəbrayıl Həsənov – Franko Mario Buettner (GER) 12:1
1/2 final – Cəbrayıl Həsənov – Andrey Karpaç (BLR) 9:4
FİNAL – Cəbrayıl Həsənov – Əhməd Hacıməhəmmədov (RUS)

97 kq
1/8 final – Nurməhəmməd Hacıyev – Abdulrəşid Sadullayev (RUS) 0:3

 

Həmin kateqoriyadan