Sərbəst güləş millisinin U-20 Avropa çempionatı üçün heyəti

İtaliya paytaxtında güləş üzrə U-20 Avropa çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, sonuncu 3 gündə “sərbəstlər” mübarizəyə qoşulacaqlar.

Ölkəmizi yarışda böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə Nurəddin Novruzov (57 kq), Ramik Heybətov (61 kq), Əbülfəz Nəsirov (65 kq), Sabir Cəfərov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), Varis Mehdizadə (97 kq) və Aslan Abakarov (125 kq) təmsil edəcəklər.

Səfər ərəfəsində AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov millimizin üzvləri ilə görüşərək onlara uğurlar arzulayıblar.

Həmin kateqoriyadan