Sərbəst güləş üzrə açıq paytaxt yarışında kimlər fərqləndi?

Hövsan olimpiya idman kompleksində Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə milli olimpiya komitəsinin yaranmasının 30-illiyinə yeniyetmə sərbəst güləşçilərin açıq paytaxt turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 150-dən artıq idmançı 10 çəkidə mübarizə aparıb.

Yekun nəticələrə görə, Müstəcəb Məmmədov (38 kq), Aslan Əmirov (41 kq), Rahib Quliyev (44 kq), Polad Əbilov (48 kq), Nurlan Məmmədov (52 kq), Röyal Mehtiyev (57 kq), Əli Hacıyev (62 kq), Sabir Manaflı (68 kq) və Cəlal Hüseynov (75 kq) 1-ci yeri tutublar.

Qalib idmançılara baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallar təqdim olunub.

Həmin kateqoriyadan