Sərbəst güləş üzrə Dünya Kuboku yarışları başlayır

Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışarı başlayır. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.

Proqram isə belədir:

A qrupuB qrupuBaşlama vaxtı
I turABŞ – Kuba
Rusiya – Monqolustan
İran – Belarus
Azərbaycan – Türkiyə
12 aprel, 03:00
12 aprel, 04:30
II turABŞ – Rusiya
Kuba – Monqolustan
İran – Türkiyə
Belarus – Azərbaycan
12 aprel, 06:30
12 aprel, 08:00
III turABŞ – Monqolustan
Kuba – Rusiya
Türkiyə – Belarus
Azərbaycan – İran
12 aprel, 23:00
13 aprel, 00:30

 

7-8-ci yer uğrunda: 13 aprel, saat 02:00

5-6-cı yer uğrunda: 13 aprel, saat 02:00

3-4-cü yer uğrunda:13 aprel, 04:15

FİNAL görüşü: 13 aprel, saat 05:45

Həmin kateqoriyadan