Sərbəst güləş üzrə millimizin dünya kuboku üçün heyəti açıqlandı

Xəbər verdiyimiz kimi, aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək. Allsport.az xəbər verir ki, aprelin 2-də Olimpiya Güləş Mərkəzində sərbəst güləş üzrə Azərbaycan millisinin açıq məşqi zamanı dünya kuboku yarışlarında iştirak edəcək heyət açıqlanıb.

ABŞ-da ölkəmizi Yaşar Əliyev, Cəlal Süleymanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Maqomed Muslimov (65 kq), Ruslan Dibirhaciyev, Murad Süleymanov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcəklər.

Baş məşqçi Saypulla Absaidov və Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaq milli komandamız “B” qrupunda İran, Belarus və Türkiyə yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan