Gənc sərbəst güləş millisinin heyəti açıqlanıb

U-20 Avropa çempionatında iştirak edəcək sərbəs güləş üzrə millinin heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, Azərbaycan güləş federasiyasının təlim-məşq bazasında federasiya rəsmiləri, eləcə də yığma komandanın məşqçiləri komanda üzvlərinə uğurlar arzulayıb və nizam-intizama ciddi riayət etməyin vacibliyini diqqətə çatdırıblar.

Qitə birinciliyində Arif Abdullayevin, o cümlədən digər məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Ruslan Abdullayev (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ramik Heybətov (65 kq), Cavidan Əhmədov (70 kq), Əkbər Vəliyev (74 kq), Sadiq Mustafazadə (79 kq), Timur Gülmaqomedov (86 kq), Rəvan Musayev (92 kq), Zəfər Əliyev (97 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.

AÇ-də sərbəst güləş üzrə mübarizə yarışın son 3 günündə baş tutacaq.

Həmin kateqoriyadan