- Baxış sayı: 43
- 30 İyul 2026 22:03
- Baxış sayı: 209
- İyul 30, 2026
- 0

Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, milli gimnastika arenasında təşkil edilən mundialın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da mübarizəyə start verilib.
Hüseyn Rzazadə (48 kq) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kq) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kq) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kq) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.
Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volqan Bilginə 6:10 hesabıyla məğlub olub.