Sərbəst güləş yığmamız yenə Mahaçqalaya üz tutub

Sərbəst güləş üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, millinin apreldə Rumıniya paytaxtı Buxarestdə Avropa çempionatına hazırlıq məqsədi ilə yenə Mahaçqalaya yollanıb.

Baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə 20 nəfərlik heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Martın 5-dən start götürən toplanış martın 19-dək davam edəcək.

Həmin kateqoriyadan