Sərbəst güləşçilər AzDBTİA-nın elmi-tədris laboratoriyasında tibbi və fiziki testlərdən keçiblər

Sərbəst güləş üzrə millinin 4 üzvü dövlət bədən tərbiyəsi və idman akademiyasının elmi-tədris laboratoriyasında tibbi və fiziki testlərdən keçiriliblər.

Allsport.az saytı xəbər verir ki, Əliabbas Rzazadə, Turan Bayramov, Osman Nurməhəmmədovİslam İlyasov həkim müayinəsindən (əzələ fəaliyyətinin qiymətləndirilməsi, bədənin xüsusi tərkibinin ölçülməsi, sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi, fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi, 3-D antropometriya) və psixoloji testdən keçiblər.

Proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından və komplekskore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub. Testlər bu şirkətinin baş əməliyyat və baş maliyyə direktoru Tomas Taro Netzer və elmi-tədris laboratoriyasının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Həmin kateqoriyadan