- Baxış sayı: 41
- 25 Aprel 2024 23:30
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir keçirilib.
Allsport.az xəbər verir ki, 23 yaşadək güləşçilər arasında keçirilən yarışda olimpiya çəkiləri üzrə mübarizə baş tutub. Turnirdə gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi ilə millimizin bir neçə üzvü qüvvəsini sınayıb.
Davud İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gəlib. Saqadulla Ağayev (86 kq) gümüş, Şahin Muxtarov (57 kq), Aydın Əhmədov və İslam Abuyev (hər ikisi 125 kq) isə bürünc medal qazanıb.