- Baxış sayı: 39
- 11 May 2026 21:35
- Baxış sayı: 54
- May 11, 2026
- 0

Romada güləş üzrə “Matteo Pellikone” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”imiz reytinq yarışda 9 medal qazanıblar.
Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) qızıl, Murad Yevloyev (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medala yiyələniblər.
Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə 114 xalla 3-cü pillədə qərarlaşıb.