Sərbəst güləşçilər mübarizəyə qoşulur

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, ilk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışacaq.

61 kq
1/8 final – Jakub Sikora (SRB) – Əhmədnəbi Qvarzatilov

70 kq
1/8 final – Andrey Karpaç (BLR) – Murad Süleymanov

86 kq
1/16 final – Məhəmmədhacı Xatiyev – Fatih Erdin (TUR)

125 kq
1/4 final – Əli Maqomedabirov – Giorgi Meşvildişvili (GEO)

İlk görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Həmin kateqoriyadan