Sərbəst güləşçilər təlim-məşqi paytaxtda keçir

Güləş yığmalarımız ilin ilk günlərindən məşqləri bərpa ediblər. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” yanvarın 15-dək olimpiya güləş mərkəzində hazırlaşacaq. Posesinin əsas məqsədi fiziki hazırlığı yüksəltməkdir. Bu üzdən məşqçilər heyəti əsasən ağırlıqqaldırmaya üstünlük verir.

Həftənin 4 günü gündə 2 məşq baş tutursa, çərşənbə və şənbə günləri 1 çalışma olur. Həmin günlər hərəkətlilik açıq havada (əsasən stadionda) baş tutur. TMT baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə davam edir.

Digər 2 millimiz isə bir neçə gündən sonra yurd dışına çıxacaq. Yunan-Roma güləş yığmamız yanvarın 10-dan 27-dək Gürcüstan millisi ilə birgə Tiflisdə toplanış keçəcək.

Qadınlar yanvarın 12-dən 25-dək Rusiya yığması ilə birgə Krasnoyarskda hazırlaşacaq. Komandamız toplanış başa çatdıqdan sonra, ilin ilk turnirində iştirak edəcəklər. Yanvarın 26-dan 30-dək Krasnoyarskda İvan Yarıgin qran-prisi keçiriləcək.

Həmin kateqoriyadan