Sərbəst güləşçilərdən daha 3 medal

Xorvatiyada güləşçilərin açıq Zaqreb turniri davam edir. 

Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə “sərbəstlər” daha 3 medal qazanıblar. Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurməhəmmədov (92 kq) Məhəmmədxan Məhəmmədov (97 kq) bürünc mükafata yiyələniblər. Bu proqramda çıxışlar başa çatıb.

Nəzərinizə çatdıraq ki, bu il Avropa çempionatı da adı çəkilən şəhərdə keçiriləcək.

Həmin kateqoriyadan