Sərbəst güləşçilərimiz Əli Əliyevin xatirə turnirində

1-3 iyulda Dağıstan Respublikasının paytaxtı Mahaçqalada 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçi Siracuddin Eldarovun rəhbərliyi ilə yarışda 23 bahadırımızın iştirakı planlaşdırılıb.

Bunlar Georgi Edişeraşvili, Ruslan Qasımov, Cəlal Süleymanov, Tofiq Sadıqlı, Pərviz İbrahimov, Qadisa Geriya (hamısı – 57 kq), Zəlimxan Vəliyev, Məhəmməd Abdullayev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (61 kq), Coşqun Əzimov, Orxan Abbasov, Teymur Məmmədov, Məhəmməd Müslümov, Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (70 kq), Məhəmmədhacı Muxutov, İsmayıl Abdullayev (hər ikisi – 74 kq), Məhəmmədhacı Xatiyev, Aleksandr Qostiyev (86 kq), Aslanbəy Alborov (97 kq), Əli İsayev və Ömər İsrailovdir (125 kq).

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edəcək.

Həmin kateqoriyadan