- Baxış sayı: 42
- 11 May 2026 21:35
- Baxış sayı: 103
- May 11, 2026
- 0

Arazın o tayında, Kirmanşahda Təxti kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Niderland, Belarus, Qırğızıstan və Gürcüstandan olan sərbəst güləşçilər mübarizə aparıblar.
Bizdən Hacımurad Hacıyev (74 kq) 1-ci, Əhmədnəbi Qvarzatilov (61 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) 2-ci, Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) 3-cü yer tutublar.
Millimiz komanda hesabında 2-ci yeri tutub.