Sərbəst güləşçilərimiz Dağıstanın dövlət xadiminin mükafatı uğrunda yarışda

29-30 oktyabrda Dağıstan respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda milli komandamızın bəzi üzvləri iştirak edəcək.

Məşqçisi Siracəddin Eldarovun rəhbərliyi ilə qonşu diyara 8 bahadırımız yollanacaqlar. Bunlar Qurban Qurbanov, Əhmədnəbi Qvarzatilov (hər ikisi – 65 kq), Məhəmmədəmin Salovatov, Məhəmməd Abdullayev (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq), Ömər İsrailov və Həmzətxan İsrafilovdur (125 kq).

Həmin kateqoriyadan