Sərbəst güləşçilərimiz qitələrarası kubok uğrunda mübarizə aparacaq

Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu qitələrarası kubok keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Rusiya ilə yanaşı, Azərbaycan, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir.

Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi ilə şimala Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi – 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcəklər.

Həmin kateqoriyadan