Sərbəst güləşçilərimiz “Qızıl qran-pri”də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb

Bu gün Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə güləş üzrə “Qızıl qran-pri”nin final mərhələsi start götürüb. Allsport.az saaytı xəbər verir ki, yarışda 49 ölkədən 500-ə yaxın ən güclü pəhləvanlar mübarizə aparır. İlk yarış günündə “sərbəstlər” xalça üzərinə çıxıblar.

Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər heyəti daha çox gənc güləşçilərə şans verdiyi yarışı millimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) 1-ci yer tutublar.

Yalnız final görüşündə uduzan Gitinoməhəmməd Hacıyev (70 kq) gümüş mükafata yiyələnib. Bürünc medallar Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbəy Alborovun (97 kq) payına düşüb.

Həmin kateqoriyadan