Sərbəst güləşçilərimiz Rioda son təlim-məşq toplanışında

Rio-de-Janeyroda 31-ci Yay olimpiya oyunlarında sərbəst güləşçilərin yarışı 19-21 avqustda keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə bizdən Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.

Proqrama əsasən, avqustun 19-da 57 və 74 kq, 20 avqustda 86 və 125 kq, son yarış günündə isə 65 və 97 kq çəkidə sərbəst güləşçilər çıxış edəcəklər.

Həmin kateqoriyadan