Sərbəst güləşçilərimiz Türkiyə və Belarusu millisini məğlub etdi

ABŞ-ın Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışarı başlayıb. Allsport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayır.

Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşacaq. Görüş bu gecə saat 00:30-da başlayacaq.

AZƏRBAYCAN – Türkiyə 7:1

57 kq – Yaşar Əliyev – Sezer Akgül 9:3
61 kq – Hacı Əliyev – Munir Recep Aktaş 17:4
65 kq – Toğrul Əsgərov – Sefa Aksoy 11:0
70 kq – Ruslan Dibirhacıyev – rəqib yoxdur
74 kq – Cəbrayıl Həsənov – Söner Demirtaş 6:3
86 kq – Aleksandr Qostiyev – Serdar Böke 4:2
97 kq – Şərif Şərifov – İbrahim Bölükbaşı 2:0
125 kq – Cəmaləddin Məhəmmədov – Tanju Gemici 0:5

Belarus – AZƏRBAYCAN 2:6

57 kq – Vladislav Andreyev – Cəlal Süleymanov 2:12
61 kq – Dzianis Maksimau – Hacı Əliyev 2:12
65 kq – Azamat Nurikau – Toğrul Əsgərov 2:6
70 kq – Jan Safyan – Ruslan Dibirhacıyev 0:8
74 kq – Ali Şabanau – Cəbrayıl Həsənov 1:1*
86 kq – Amarhaji Mahamedau – Aleksandr Qostiyev 1*:1
97 kq – İvan Yankouski – Şərif Şərifov 1:11
125 kq – Aleksey Şemarov – Cəmaləddin Məhəmmədov 4:3

Sərbəst güləşçilərimiz Türkiyə və Belarusu məğlub etdi / YENİLƏNİR – Azərbaycan Güləş Federasiyası

A qrupuB qrupuBaşlama vaxtı
I turABŞ – Kuba 6:2
Rusiya – Monqolustan 6:2
İran – Belarus 8:0
Azərbaycan – Türkiyə 7:1
II turABŞ – Rusiya 4*:4
Kuba – Monqolustan 3:5
İran – Türkiyə 7:1
Belarus – Azərbaycan 2:6
III turABŞ – Monqolustan
Kuba – Rusiya
Türkiyə – Belarus
Azərbaycan – İran
12 aprel, 23:00
13 aprel, 00:30

13 aprel, 00:30

7-8-ci yer uğrunda: 13 aprel, saat 02:00
5-6-cı yer uğrunda: 13 aprel, saat 02:00
3-4-cü yer uğrunda:13 aprel, 04:15
FİNAL görüşü: 13 aprel, saat 05:45

Həmin kateqoriyadan