Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatına uğurla başlayıb

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 4 çəkidə “sərbəstlər” mübarizə aparıblar. Millimiz startda 1 qızıl və 1 bürünc medal qazanıb.

65 kq-da çıxış edən Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimizin çempionatın qızıl medalına sahib olub.

İsmayıl Abdullayev (74 kq) İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısı ilə gərgin keçən görüşü qalib başa vuran güləşçimiz çempionatın bürünc medalını qazanıb. Pərviz İbrahimov (57 kq) 5-ci olub.

Həmin kateqoriyadan