Sərbəst güləşçilərimizdən 3 qızıl, 2 gümüş və 2 bürünc

Tatarıstanın paytaxtı Qazanda I MDB oyunlarında bu gün xalçaya gənc sərbəst güləşçilər çıxıblar.

Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qızıl medal qazanıblar.

Yalnız finalda yenilən İslam İlyasovla (97 kq) Aydın Əhmədov (125 kq) gümüş mükafatla kifayətləniblər.

Əliabbas Rzazadə (57 kq) və Sabir Cəfərov (65 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan