- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 66
- İyun 26, 2026
- 0

Xəbər verdiyimiz kimi, sərbəst güləş yığmamız Kislovodskda təlim-məşq toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, Romada keçirilən Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlığa başlayan millidə olimpiya çəkilərində çıxış edən güləşçilər yer alıb.
AGF-in vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə toplanış fevralın 29-dək davam edəcək. Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi TMT-nin keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.
Qeyd edək ki, toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa olimpiya təsnifatına hazırlıqdır.