Sərbəst güləşçilərimizin Türkiyə toplanışı başlayıb

Sərbəst güləşçilərimizin bu gündən ölkə xaricində növbəti təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, yığmamız yanvarın 13-dək Türkiyədə həm fiziki, həm də taktiki-texniki hazırlıq keçəcək. İstanbul toplanışında Azərbaycan və Türkiyə ilə yanaşı, daha bir neçə ölkənin komandası iştirak edəcək. Heyətdə 18 güləşçi yer alıb.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə təlimə Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı – 57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (65 kq), Ağahüseyn Mustafayev, Toğrul Əsgərov (70 kq), Hacımurad Hacıyev, Hacımurad Ömərov (74 kq), Əbubəkr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) qatılıblar.

Qeyd edək ki, toplanışın yekununda milli üzvləri Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaqlar.

Həmin kateqoriyadan