Sərbəst güləşçilərin Bolqarıstan sınağı

Fevralın 16-da Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov – Nikola Petrov xatirə turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, fevralın 20-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 13 bahadır təmsil edəcək.

“Sərbəstlər”də baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi – 74 kq), Əşrəf Aşırov (79 kq), Orxan Abasov, Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (97 kq) və Rahid Həmidli (125 kq) qüvvələrini sınayacaqlar.

Qadınlarda bizdən yalnız Elis Manolova (65 kq) çıxış edəcək. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Memorialda Azərbaycandan ədaləti I-S kateqoriyalı hakim İntiqam Alıyev qoruyacaq.

Həmin kateqoriyadan