- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir.
Allsport.az xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir. Azərbaycan güləş federasiyasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdir.