Sərbəst güləşçilərin reytinqində ən yüksək göstərici Hacı Əliyevlə Xetaq Qazyumovdadır

Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.

Ən yüksək göstərici isə, son Dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatıçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikincidir. İlk onluqda Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da var.

57 kq – 13. Əhmədnəbi Qvarzatilov – Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (9)
61 kq – 2. Hacı Əliyev – DÇ 1-ci yer (2)
65 kq – 6. Məhəmməd Müslümov – Paris Qran Pri turniri 1-ci yer (6)
70 kq – 10. Ruslan Dibirhacıyev – Paris Qran Pri turniri 3-cü yer (10)
74 kq – 10. Cəbrayıl Həsənov – R.Kadırov Kuboku 3-cü yer (10)
86 kq – 8. Həmzət Osmanov – DÇ 5-ci yer (9)
97 kq – 2. Xetaq Qazyumov – DÇ 2-ci yer (2), 6. Şərif Şərifov – Paris Qran Pri turniri 1-ci yer (7)
125 kq – 11. Cəmaləddin Məhəmmədov – Paris Qran Pri turniri 2-ci yer (11), 14. Əli İsayev – Ə.Əliyev turniri 1-ci yer (15)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan