Sərbəst və qadın güləşçilərin Sofiya sınağı

Sərbəst və qadın güləşçilərin Sofiya sınağı

Sabah Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 güləşçi təmsil edəcək.

Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi ilə İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Əbubəkr Abakarov (hər ikisi – 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının – Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi – 50 kq) və Elis Manolova (62 kq) xidmətindən istifadə edəcək.

III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

Həmin kateqoriyadan