Sərbəst və yunan-Roma güləşçilərimiz reytinq yarışlarına hazırlaşır

Güləş üzrə yığma komandaları təqvim planı üzrə qarşıdan gələn reytinq xarakterli yarışlara hazırlığı davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” iyunun 24-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər heyəti toplanışa 22 idmançını cəlb edib.

7 iyula qədər davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığma üzvləri Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək və 27-29 iyulda Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma güləşi üzrə milli iyulun 2-dən etibarən Türkiyəyə yollanacaq. Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib. Ümumilikdə, 16 bahadır qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığma üzvləri 20-22 iyulda İstanbulda Vəhbi Əmrenin xatirəsinə reytinq yarışında qüvvələrini sınayacaqlar.

Həmin kateqoriyadan