Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı

Sabah sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarış Bakı idman sarayında keçiriləcək. Açılış mərasimi 19 dekabr saat 16:00-da başlayacaq. Görüşlər hər gün saat 10:00-da start götürəcək.

Sabah sərbəst güləş üzrə 57, 61, 65, 70, 74 və 79 kq-da qaliblər müəyyənləşəcək. Dekabrın 20-də sərbəst güləş üzrə 86, 92, 97 və 125, yunan-Roma güləşi üzrə isə 55, 60 və 63 kq-da mübarizə baş tutacaq.

Çempionatın son günündə isə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kq-da ən güclülərin adına aydınlıq gələcək.

Arenaya giriş pulsuzdur.

Həmin kateqoriyadan